1880-ci illərdə London polisi ilk rezin altlıqlı ayaqqabı hazırlayıb. Belə ayaqqabılarda cinayətkarları qovub tutmaq xeyli asan idi. İlk idman brendlərinin yaranmasında isə idmançıların tələbatı rol oynamışdır. Zaman keçdikcə idman assortimenti o qədər genişlənib ki, krosovkaları idmandan kənar yerlərdə də geyinməyə başlayıblar.