İlk ayaqqabı olan sandal isti ölkələrdə icad olunub. Şərqdə ayaqlarını isti qumdan qorumaq üçün ilk dəfə hündürdaban ayaqqabıdan istifadə edilib. Keçmişdə ayaqqabıların iki cütü də eyni tikilirdi. İlk sağ sol cütü ayrı olan ayaqqabı 1840-cı ildə ABŞ-nın kraliçası Viktoriya üçün tikilib. 1850-ci ilədək ayaqqabı əldə tikilib, məhz bu ildə Jan Ernest Matzeliger ayaqqabı tikiş maşınını icad edib. Keçmişdə indiki zamandan fərqli olaraq ayaqqabının ayağı isti saxlaması və rahat olması kifayət idi. İlk ayaqqabı sayılan sandal həsirdən toxunub, qızılla bəzədilib. Bu sandal Qahirədəki Qahirə Muzeyində sərgidədir və o, firon Tutanxamunun xəzinələri arasında yer alır.