Biz kimik?

Yashar Bagirov

Ayaqqabılar hər bir insan üçün vacib geyim növüdür. Bu, xanımların ən çox diqqət və önəm verdikləri qarderob elementidir. Fərqli modellərin fərqli rəng və aksesuarlarla birləşməsi xanımlar üçün ən həssas məqamdır. “Yashar Bagirov “ brend olaraq bunu bilir və uzun illərdir ki, öz missiyasını bunun üzərində qurur.
Biz uzun illər əvvəl ayaqqabı sektorunda fəaliyyətə başlamışıq. Təxminən 20 il əvvələ qayıtsaq, paytaxtın bir neçə yerində müxtəlif adlarda mağazalarımız fəaliyyətə başlayıb. Bu sahədə inkişaflar ildən-ilə artıb və biz təkmilləşməyə davam edirik. Məqsəd qadınlar üçün ən rahat və dəbli modelləri yaratmaq idi. Bunu nəzərə alaraq keyfiyyəti yüksəltmək üçün Türk fabrikləri ilə əməkdaşlığa başladıq, ölkəmizdə və Türkiyədə qanuni patentlər aldıq.
Bunun nəticəsində material bazamız genişləndi. Modellərimiz artıq müasir standartlara cavab verən Türk və Avropa qəliblərindən istifadə edilərək, təbii dəridən hazırlanmağa başlamışdır. Dəri, rəng və model çeşidi əhəmiyyətli dərəcədə genişləndi.
Biz artıq təbii dəridən hazırlanmış müasir ayaqqabıların geniş seçimi olan, ölkənin ən böyük mağazasını açmağa hazır idik.
2019-cu ilin Oktyabr ayında “Yashar Bagirov” brendi olaraq ilk mağazamız xidmətə başladı.
Ölkəmizin ən böyük ticarət mərkəzi olan Binə Ticarət Mərkəzində yerləşən, yüksək keyfiyyətli müasir interyerə malik mağaza, müştəri məmnuniyyəti sayəsində qısa müddət ərzində ölkəmizdə böyük alıcı kütləsi qazandı. Geniş ayaqqabı və çanta seçimi, xüsusi marketing və satış biliyinə malik heyət ilə mağazamız hazırda tam gücü ilə fəaliyyətinə davam edir. Həmçinin mağazamız onlayn sifarişləri həyata keçirməklə hər kəsi sevimli brendinə bir az da yaxınlaşdırmağa və satış sektorunda imkanlarını genişləndirməyə davam edir.
Hədəfimiz ölkə daxilində və xaricində mağazalarımızın sayını artırmaq, həmçinin məhsullarımızı ölkə daxilində istehsal etməkdir.

Magaza haqqında

A

Fəaliyyət illərimiz

Mükafatlarımız

Məhsul çeşidliyi

Xoşbəxt müştərilər

Heyətimiz